
Yanvarın 10-da Ermənistanın müdafiə naziri Suren Papikyan Marçin Vidranın rəhbərlik etdiyi Avropa İttifqaının (Aİ) texniki qiymətləndirmə missiyasını qəbul edib.
“AVESTA.AZ” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüşdə Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin də iştirak edib.
Müdafiə naziri Aİ-nin regionda sülh və sabitliyin möhkəmləndirilməsində iştirakını yüksək qiymətləndirib, monitorinq missiyalarının rolunu vurğulayıb.
Qeyd edək ki, dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin texniki qiymətləndirmə missiyasını qəbul etmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.