
Məşhur müğənni Aleyna Tilkinin ötəngünkü konserti müzakirələrə səbəb olub.
AVESTA.AZ xəbər verir ki, o karyerasının 10-cu ildönümünü İstanbuldakı "Volkswagen Arena"da baş tutan möhtəşəm konsertlə qeyd edib.
"Yenidən doğuş" konsepsiyası ilə hazırlanan səhnə şousunda Tilki izləyicilərin qarşısına nəhəng bir yumurtanın içindən çıxaraq heyranedici anlar yaşadıb.
Aylarla davam edən hazırlıq prosesindən sonra reallaşan konsert üçün əraziyə 5 TIR avadanlıq gətirildiyi bildirilir.
Meşə konseptli səhnə tərtibatı və xüsusi effektləri ilə diqqət çəkən bu vizual şounun ümumi maliyyə xərcinin təxminən 13 milyon lirə olduğu bildirilib.
Konsert zamanı təbiətlə qurduğu xüsusi bağa diqqət çəkən Aleyna Tilki "Təbiətdən aldığım ilhamla, çəmənliklərin dövranında yenidən doğuldum", - deyərək pərəstişkarlarına emosional anlar yaşadıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.