11-01-2023, 02:33 571

Ağır döyüşlərin getdiyi Ukraynanın Soledar şəhərindəki son durum açıqlanıb

Ukrayna hərbçiləri və əsasən “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) muzdlularından ibarət Rusiya qüvvələri arasında şiddətli döyüşlərin getdiyi Ukraynanın Donetsk vilayətinin Soledar şəhərində son durum açıqlanıb.

“AVESTA.AZ” bildirir ki, Ukrayna və Rusiya Baxmut yaxınlığında yerləşən Soledar şəhərinə (bir vaxtlar 10 000 nəfər əhalisi olub) nəzarət barədə ziddiyyətli bəyanatlar verirlər.

Belə ki, Ukrayna Prezidenti Ofisinin müşaviri Oleksiy Arestoviç Soledarın “vaqnerçilər”in iddia etdiyi kimi mühasirədə yox, “yarıməhatə”də olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri şəhərin qərb və şimalında müdafiəni saxlayırlar. Bundan başqa, müşavir cənubdan Soledara aparan yolun Rusiya hərbçilərinin atəş nəzarəti altında olduğunu vurğulayıb. Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar isə şəhərdəki vəziyyətlə bağlı konkret bir şey deməyərək oradakı durumu “şiddətli döyüşlər” olaraq qiymətləndirib. Hazırda Baxmut cəbhəsindəki döyüşləri mütəmadi şəkildə geniş işıqlandıran hərbi jurnalist Yuri Butusov Rusiya teleqram kanallarının dezinformasiya yaydığını və Soledardakı Ukrayna hərbçilərinin mühasirəyə alınmadığını qeyd edib.

Rəsmi Moskva Soledardakı son vəziyyətlə bağlı rəsmi açıqlama yaymasa da, Rusiyaya bağlı “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojın şəhərin tam nəzarətə alındığını açıqlayıb. Üstəlik, dəstə başçısı həmin istiqamətdə yalnız “vaqnerçilər”in döyüşdüyünü vurğulaması yerli mətbuatda Rusiya Silahlı Qüvvələrinin hərəkətsizliyi kontekstində birmənalı qarşılanmayıb. Eyni zamanda, ölkənin dövlət agentliyi aralarında Y. Priqojının da olduğu “Vaqner” muzdlularının şəklini dərc edərək “Soledarın duz şaxtalarının azad olunduğunu” açıqlayıb. Bununla belə, dövlət agentliyinin yaydığı şəklin qurama olmasına işarə edən açıq mənbələr üzrə araşdırmaçı (OSINT) "Def Mon" resursu bu şəklin Donetsk vilayətinin Volodimirovka şəhərində çəkildiyini iddia edib. Diqqətçəkən məqamlardan biri də odur ki, daha öncə Qərb mətbuatında həmin şaxtaların Priqojının onları kommersiya məqsədləri üçün istifadə etmək niyyətində olduğuna dair məlumat yayılıb.

Qeyd edək ki, 2022-ci ilin avqustun 3-də başlayan Soledar uğrunda döyüşlər yanvar ayında şiddətlənib. Belə ki, rəsmi Moskavanın birtərəfli qaydada elan etdiyi “Milad atəşkəsi”ndə Ukrayna Ordusunun müdafiə xətti yarılıb. İşğalçı qüvvələr yanvarın 6-7-də şəhərin əhəmiyyətli hissəsini ələ keçirə bilib. Şəhərin işğalında Rusiyaya bağlı “Vaqner” özəl hərbi şirkətinin muzdluları fəal şəkildə iştirak edir.

“Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.

2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında “Vaqner” ÖHŞ ABŞ-ın sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada vəziyyəti sabitləşdirməkdə, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-yə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa “Vaqner” muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir.

Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.

Paylaş

Xəbər lenti

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı Bu gün, 17:48 SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb Bu gün, 17:48 Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub Bu gün, 17:48 Ukraynada yaşayan azərbaycanlıya vəzifə verildi Bu gün, 17:48 Separatçılığa görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib Bu gün, 17:48 Faiq Ağayev: "Bəzi müəllimlər hazırlıq keçsin deyə, şagirdlərə biliyi az verir" Bu gün, 17:48 Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat Bu gün, 17:48 Bakıda qadın "TikTok"da canlı yayımda öldü Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin ifadəsi AÇIQLANDI Bu gün, 17:48 "Arka Sokaklar"ın aktyoru ən çox borc pul aldığı həmkarının adını açıqladı Bu gün, 17:48 İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib Bu gün, 17:48 "Andorra"nın qapıçısını 4 ilədək həbs cəzası gözləyir - Bu hadisə araşdırılır Bu gün, 16:48 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Bu gün, 16:48 Xəstəxanalarda həkim qəbuluna özbaşına limit tətbiq edilirmiş? Bu gün, 16:48 Putin Rusiya vətəndaşlarının MDB-dəki gəlirləri barədə məlumat toplanmasına icazə verdi - Azərbaycanlılar da var... Bu gün, 16:48 Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib Bu gün, 16:48 Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM Bu gün, 16:48 Prezidentin yeni sədr təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE Bu gün, 16:48 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü Bu gün, 16:48 Ağdaşda 40 yaşlı müharibə iştirakçısı güllələnib Bu gün, 16:48 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu MADDƏLƏR Bu gün, 16:48 Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da Bu gün, 16:48 Vladislav Bıkov 72 yaşında vəfat etdi Bu gün, 15:48 Həbsxanada İmamoğlu ilə Sibel Canın sevgilisi arasında QALMAQAL YAŞANDI Bu gün, 15:48 Qətərdən ABŞ və İran danışıqları ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 15:48 Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi Bu gün, 15:48 "Yelo Bank" reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu Bu gün, 15:48 Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı" Bu gün, 15:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Etnik təmizləməyə məruz qalan Alagöz kəndi Bu gün, 15:48 Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım Bu gün, 15:48 Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb Bu gün, 15:48 Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı? Bu gün, 15:48 Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib Bu gün, 14:48 UEFA Avropa Liqası: Əliyar Ağayev İspaniyada "Selta"nın oyununu idarə edəcək Bu gün, 14:48 Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika Bu gün, 14:48 Zakir Həsənov generallarla təlimi izlədi Bu gün, 14:48 Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi Bu gün, 14:48 "Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü Bu gün, 14:48 Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib Bu gün, 14:48 MKA "WhatsApp"da yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib Bu gün, 14:48 DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib Bu gün, 14:48 Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların ADLARI Bu gün, 13:48 Bakıda və Abşeronda müşahidə olunan dumanlı havanın SƏBƏBİ AÇIQLANDI Bu gün, 13:48 Şəmkirdə 13 il əvvəl törədilən amansız qətlin üstü açıldı: Şübhəli şəxs məhkəmə qarşısında Bu gün, 13:48 AFFA futbolçunun adına görə "Qarabağ"ı cərimələdi Bu gün, 13:48 Leyla Şıxlinskayanın 55 ildən sonra "Gün keçdi" ilə bağlı arzusu Bu gün, 13:48 Gürcüstan 101 əcnəbini ölkədən deportasiya edib Bu gün, 13:48 Üçüncü övladı doğulan 45 yaşlı Natali: "Bu kiçik insan qarşısında... " Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR