12-01-2023, 02:46 492

Türkiyə Rusiya və Ukrayna arasında humanitar dəhliz açmaq istəyir

Türkiyə Rusiya və Ukrayna arasında humanitar dəhlizin açılmasını istəyir.

“Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç bildirib.

“Rusiyalı və Ukraynalı həmkarlarımızla görüşlərimiz qeyri-adi dərəcədə yaxşı keçdi. Ümid edirəm ki, yanvarın 12-də ortaq “yol xəritəsi” əldə olunacaq və bu nəticə bizi məmnun edəcək”, - Şərəf Malkoç vurğulayıb.

Ankarada təşkil olunan “XXI əsrdə insan hüquqlarının gələcəyi” adlı beynəlxalq konfrans çərçivəsində Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova və Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) Dmitro Lubinets ilə keçirilən üçtərəfli görüşdən sonra mətbuata açıqlama verən Şərəf Malkoç bildirib ki, beynəlxalq konfransda aparılan müzakirələrin Rusiya və Ukrayna xalqları üçün faydalı olacağına ümid edir.

Müharibə qurbanlarının ən çox mülki əhali olduğunu təəssüflə vurğulayan Baş Ombudsman deyib ki, hərbi əməliyyatlar zamanı hər gün tonlarla bombanın partlamasına, çox sayda insanın həyatını itirməsinə, yaralanmasına, hər iki tərəfin də xeyli maddi-mənəvi zərərə məruz qalmasına hər kəsdən öncə insan hüquqları təşkilatları laqeyd qalmamalıdır:

“Hazırda bütün dünyanın diqqət mərkəzində olan Ukrayna Rusiya savaşının dayandırılması üçün lazım olan dəstəyi verməyə cəhd edirik. Zərərə məruz qalan mülki əhali arasında uşaqlar, qadınlar və qocalar da var. Rusiyadakı ukraynalılar və Ukraynadakı rusların dəyişdirilməsi üçün hər iki ölkənin ombudsmanları ilə məsləhətləşdik, yaralıların, uşaq və qadınların qarşılıqlı təxliyəsi və ya qarşılıqlı mübadiləsi haqqında, danışdıq. Bizim vasitəçiliyimizlə çox əhəmiyyətli görüş baş tutdu”.

Şərəf Malkoç Türkiyə Prezidentinin Rusiya-Ukrayna savaşı prosesinin əvvəlindən indiyədək tərəflər arasında sülh yaratma cəhdlərini vurğulayaraq, münaqişədə aydın və demokratik mövqe nümayiş etdirdiyini qeyd edib: “Cənab Prezidentimiz Rusiya və Ukrayna liderləri ilə sülh mövzusunda danışıqlar aparan nadir dünya liderlərindən biridir. Bildiyiniz kimi, onun bu səyləri nəticəsində əsir mübadiləsi oldu, sonra taxıl dəhlizi açıldı. Bu dəhlizin açılması çox vacib idi. Əks təqdirdə Ukrayna anbarlarındakı taxıl çürüyəcəkdi. Halbuki Afrika və Asiyada milyonlarla insanın bu taxıla necə ehtiyacı var və bu dəhlizin açılması nəticəsində həmin insanlara 17 milyon ton taxıl çatdırıldı.

Biz də buna əsaslanaraq insan hüquqları baxımından humanitar dəhliz açmaq istəyirik. Ümid edirəm ki, bu cəhdlərimizdən yaxşı nəticə hasil olacaq”.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop yanvarın 11-də Rusiya, Ukrayna və Türkiyə ombudsmanlarının üçtərəfli görüşündən öncə tərəfləri qəbul edib.

Türkiyənin Ombdsmanlıq Təsisiatı TBMM-nin nəzdində fəaliyyət göstərir.

Paylaş

Xəbər lenti

Yaxın Şərqdən çıxan "Abraham Lincoln" gəmisi Quama çatıb Bu gün, 00:48 Beren Saatdan "Arsen Hanım"a vida… Bu gün, 00:48 Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb Bu gün, 00:48 Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür Bu gün, 00:48 "Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir Bu gün, 00:48 Ərdoğan sabah ABŞ-yə səfər edəcək Dünən, 23:48 Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? Dünən, 23:48 XIV əsrin izlərini daşıyan ziyarətgah yeniləndi Dünən, 23:48 Fidan Türkiyənin husilərə qarşı Səudiyyə Ərəbistanına hərbi yardımını istisna etməyib Dünən, 23:48 Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi Dünən, 23:48 Kanadada avtomobilin izdihama çırpılması nəticəsində altı nəfər xəsarət alıb Dünən, 22:48 Bakıda Formula-1-ə görə bəzi parkinqlər işləməyəcək Dünən, 22:48 Paşinyan Putinlə CQDY-nin konsessiyasını müzakirə etmək niyyətindədir Dünən, 22:48 Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir Dünən, 22:48 ABŞ-də dörd şirkət süni intellektin inkişafını ləngitməkdə ittiham edilib Dünən, 21:48 Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib Dünən, 21:48 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Dünən, 21:48 NYT: Trampın Qrenlandiya ilə bağlı bəyanatı ada sakinlərində çaşqınlıq yaradıb Dünən, 21:48 Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü Dünən, 20:48 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərindən biri heç-heçə edib, digəri qələbə qazanıb Dünən, 20:48 Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir Dünən, 20:48 Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb Dünən, 19:48 Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı Dünən, 19:48 Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı Dünən, 19:48 CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib Dünən, 19:48 Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib Dünən, 18:48 Azərbaycan Ordusu tarix yazdı: Ermənistan sülhə necə məcbur edildi? Dünən, 18:48 Bilgəhdə 2 nəfər dənizdə batıb Dünən, 18:48 Türkiyə MMN-dən Azərbaycana: "Birlikdə güclü, birlikdə qardaşıq" Dünən, 18:48 Şahməddin Abdullayevə vəzifə verildi Dünən, 18:48 Muğla bələdiyyəsinin sədri: Azərbaycanın yerli idarəetmə nümayəndələri ilə mütəmadi əlaqələrimiz var Dünən, 17:48 Füzulidə dəhşətli qəza: Ölən və yaralananlar var Dünən, 17:48 Göygöl rayonuna dolu düşüb - Faktiki hava Dünən, 17:48 Şahin Bağırov Fərid Usubovun yerinə onu təyin etdi Dünən, 17:48 Azərbaycan və Almaniya iqlim sahəsində əməkdaşlığı müzakirə ediblər Dünən, 17:48 DİN Daxili Qoşunlarının hərbi qulluqçusu: "Tək istəyimiz tapşırığı nəyin bahasına olursa-olsun icra etmək idi" Dünən, 17:48 Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb Dünən, 16:49 Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb, arvadı şübhəli bilinir Dünən, 16:49 Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb Dünən, 16:48 Kamandan oxatma üzrə Bakı şəhər çempionatının açılış mərasimi keçirilib Dünən, 16:48 Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var Dünən, 16:48 "İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb Dünən, 16:48 Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər? Dünən, 15:48 "Popeyes" Azərbaycanda üçüncü ən böyük filialını açdı Dünən, 15:48 Qazaxıstanda ictimai binalarda qraffiti çəkmək qadağan ediləcək Dünən, 15:48 Arvadını 11 yaşlı qızının gözü qarşısında küçədə 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu Dünən, 15:48 Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR