
Türkiyənin Kırıkkale bölgəsində yerləşən sursat anbarı və məhvetmə sahəsində partlayış baş verib.
BAKU.WS xəbər verir ki, hadisə raket sursatının partlaması nəticəsində qeydə alınıb. Partlayış zamanı 2 nəfər həyatını itirib, daha 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları göndərilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.