
"Azəriqaz" İstehsalat Birliyində daha bir şöbə yaradılıb.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, qurumun Aparatında Mühəndislik və layihə şöbəsi fəaliyyətə başlayıb.
Şöbənin rəisi vəzifəsinə Ülvi Kərimov təyin olunub. Bununla bağlı qurumun baş direktoru Azər Məmmədov əmr imzalayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl "Azəriqaz" İB Aparatının Müştəri təcrübələrinin idarəedilməsi şöbəsinin yaradılması ilə bağlı da məlumat verilmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.