
"Yaprak Dökümü" serialında yaddaqalan obrazları ilə tamaşaçıların rəğbətini qazanan türkiyəli aktrisalar Güler Ökten və Bennu Yıldırımlar yenidən eyni ekran işində bir araya gələcəklər.
BAKU.WS xəbər verir ki, onlar "Aşk Tesadüfleri Sever 3" filmində birlikdə rol alacaqlar.
Xatırladaq ki, Güler Ökten və Bennu Yıldırımlar uzun illər əvvəl yayımlanan "Yaprak Dökümü" serialında qaynana və gəlin obrazlarını canlandıraraq tamaşaçıların yaddaşında iz qoymuşdular. Yeni layihə həmin ekran işinin pərəstişkarları tərəfindən maraqla gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.