
Suraxanı rayonu, Hövsan qəsəbəsində içməli su borusundan suyun küçəyə axması ilə bağlı sakinlərdən şikayət daxil olub.
Vətəndaşlar bu barədə AVESTA.AZ-in "qaynar xətti"nə məlumat veriblər. Bildirilib ki, hadisə qəsəbədə, Kingsmart mağazasının yaxınlığında baş verib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən AVESTA.AZ-ə bildirilib ki, Hövsan qəsəbəsinin bəzi ərazilərini içməli su ilə təmin edən şəbəkə xəttində qəza baş verib.
Qeyd olunub ki, qəzanın aradan qaldırılması ilə əlaqədar su təchizatında müvəqqəti fasilə yaranıb. Hazırda su təminatının bərpası istiqamətində intensiv işlər aparılır.
Bildirilib ki, suyun əvvəlki qrafiklə verilməsi noyabrın 19-da gün ərzində təmin olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.