
Şabran rayonunda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb.
AVESTA.AZ APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Hacıqaraqaşlı kəndində baş verib.
Məlumata görə, itkin düşən Çölquşçu kənd sakini, 1974-cü il təvəllüdlü Kamil Mirzəyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kənddə yerləşən göldə tapılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.