Bu gün, 13:48 142

Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək

Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərinə və ali tibb təhsili müəssisələrinin klinik kafedralarında fəaliyyət göstərən professorlara qədər müxtəlif kateqoriyaları əhatə edir.

Qaydalara əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün nəzərdə tutulan hospitalların, pansionatların və bərpa müəssisələrinin tibb və əczaçılıq işçilərinə vəzifə maaşının 15 faizi, həmin müəssisələrin digər işçilərinə isə 10 faizi həcmində əlavə haqq ödənilir.

Magistral boru kəmərlərinin və yeni dəmir yollarının çəkilməsi, neft və qazın nəqli, eləcə də dəniz obyektlərinin qurulması və istismarı ilə məşğul olan işçilərə xidmət göstərən tibb və əczaçılıq işçiləri də vəzifə maaşlarının 15 faizi qədər əlavə alırlar.

Tibb müəssisələrində qızıl qəbul edən işçilər üçün də eyni faiz müəyyən edilib. Təhlükəli həşəratların, digər təhlükəli cücülərin və gənələrin geniş yayıldığı rayonlarda yerləşən sanitar-epidemioloji stansiyaların entomoloqları və onların köməkçiləri də vəzifə maaşlarının 15 faizi həcmində əlavə haqq almaq hüququna malikdirlər. Həmin ərazilərin hansı rayonlara aid edilməsi Səhiyyə Nazirliyinin müəyyən etdiyi qaydada həyata keçirilir.

İldə 5 tondan artıq qan plazması emal edən qanköçürmə stansiyalarında texnoloji prosesdə çalışan fəhlələrə vəzifə maaşının 10 faizi həcmində əlavə ödənilir.

Zibil quyularından çıxarılan murdar və bərk tullantıları daşıyan arabaçılara 10 faiz, həmin quyuları özləri təmizləyən arabaçılara isə 15 faiz əlavə haqq verilir.

Ən yüksək əlavə ödənişlərdən biri dişlərin hazırlanmasında qiymətli metallardan istifadə etməklə texniki işləri yerinə yetirən dişdüzəldənlərə və digər işçilərə aiddir. Onlara vəzifə maaşının 25 faizi həcmində əlavə haqq ödənilir.

Bundan başqa, dövlət büdcəsindən maliyyələşən ali tibb təhsili və həkimləri təkmilləşdirmə müəssisələrinin klinik kafedralarında çalışan, eyni zamanda əhaliyə tibbi xidmət göstərilməsi, müalicə və diaqnostika işlərinə bilavasitə cəlb olunan əməkdaşlar üçün ayrıca ödəniş nəzərdə tutulur.

Həmin müəssisələrdə çalışan professor və dosentlərə yüksək ödəniş dərəcəli həkim-mütəxəssisin vəzifə maaşının 50 faizi həcmində əlavə haqq verilir. Assistentlərə isə müvafiq ödəniş dərəcəli həkim-mütəxəssisin vəzifə maaşının 50 faizi qədər əlavə ödənilir.

Beləliklə, əlavə haqqın məbləği işçinin tutduğu vəzifədən, əmək şəraitindən və yerinə yetirdiyi işin xüsusiyyətlərindən asılı olaraq dəyişir.

Paylaş

Xəbər lenti

"Premium Residence" MTK-dan ağacların kəsilməsi iddialarına cavab Bu gün, 15:48 Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? Bu gün, 15:48 Bakıda kütləvi davada öldürülən Ceyhunun oğlu MMA döyüşçüsüdür Bu gün, 15:48 Dilarə Əliyevaya vəzifə verildi Bu gün, 15:48 Azərbaycan şahmatçıları klublararası Avropa Kubokunda medallar qazanıblar Bu gün, 15:48 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb Bu gün, 15:48 Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin yeni təfərrüatı Bu gün, 15:48 Deputat Arzuxan Əlizadənin oğlunun öldürdüyü deyilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış Bu gün, 14:48 Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir? Bu gün, 14:48 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb Bu gün, 14:48 Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb Bu gün, 14:48 Deputatın oğlunun adı qətldə hallanır: Atası və qardaşı vəzifələrini itirə bilərlər? Bu gün, 14:48 Xəbərdarlıq: Leysan yağacaq, şimşək çaxacaq Bu gün, 14:48 Abşeron Gənclər şəhərciyində yolu su basıb Bu gün, 14:48 Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi qətllə bağlı yeni detallar Bu gün, 13:48 Bakıda rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub Bu gün, 13:48 77 nömrəli avtobusda dava - Sərnişin sürücüyə hücum etdi Bu gün, 13:48 Hamamda elektrik cərəyanı vurub öldürdü Bu gün, 13:48 Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək Bu gün, 13:48 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur Bu gün, 12:48 "MasterChef Türkiyə"də çəkilişlər dayandırıldı - SƏBƏB Bu gün, 12:48 Azərbaycan XİN İordaniyaya başsağlığı verib Bu gün, 12:48 Bakı-Brüssel münasibətlərində enerji və nəqliyyat əməkdaşlığı genişlənir Bu gün, 12:48 DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb Bu gün, 11:49 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar" Bu gün, 11:49 Arda Gülər "El-Klasiko"da əsas heyətdə yer ala bilər Bu gün, 11:48 Avropa etirazlar dalğasında: "Qoca qitə"ni nə gözləyir? Bu gün, 11:48 Bakıda kafedə dava zamanı bir nəfər öldürüldü - 9 nəfər saxlanıldı - ANBAAN VİDEO Bu gün, 11:48 "Çelsi" və "Mançester Yunayted" "Sportinq"in futbolçusu üçün mübarizə apara bilər Bu gün, 11:48 Zaqatalada həyət evlərindən oğurluq - 1 nəfər tutuldu Bu gün, 10:49 Sakit Okean sahillərində 7.2 ballıq zəlzələ - Sunami təhlükəsi elan olunub Bu gün, 10:49 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - ANBAAN VİDEO Bu gün, 10:48 Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb Bu gün, 10:48 Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - Faktiki hava Bu gün, 10:48 Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar Bu gün, 10:48 Bakıda FIFA U-15 dünya çempionatı və festivalına start verilir Bu gün, 09:48 Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib Bu gün, 09:48 Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək Bu gün, 09:48 Canni İnfantino Bakıya gəlib Bu gün, 09:48 Ayı məktəbə su borusu ilə girməyə çalışıb Bu gün, 00:48 Kompüterin yavaş işləməsinin gözlənilməz səbəbi açıqlanıb Bu gün, 00:48 Bakıda sürücülər üçün 40 manatlıq "tələ" Dünən, 23:48 ABŞ strateji ehtiyatdan 400 min barelədək neft ayıracaq Dünən, 23:48 Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların fotosu Dünən, 23:48 Akif Əyyubov vəfat etdi Dünən, 23:48 "Qərbi Azərbaycanın yaddaş yerləri": Yalnız soydaşlarımızın yaşadığı Bəriabad kəndi necə erməniləşdirilib? Dünən, 23:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Ərinc kəndinin tarixi araşdırılıb Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR