
Rusiyanın Volqoqrad vilayətində zavoda raket hücumu nəticəsində yaralıların sayı 11-ə çatıb, bir nəfər həyatını itirib.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru Andrey Boçarov məlumat verib.
"Fəsadların aradan qaldırılması zamanı müəssisə işçisinin cəsədi aşkarlanıb. Həlak olan şəxsin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - deyə qubernator bildirib.
Qeyd edilir ki, müəssisənin daha bir işçisinin axtarışları davam edir. Xəstəxanaya yerləşdirilən iki şəxsin vəziyyəti ağır qiymətləndirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.