
Ağdam rayonunda kişi bədbəxt hadisə nəticəsində ölüb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə iyunun 28-də axşam saatlarında şəhər ərazisindəki fərdi yaşayış evlərindən birinin həyətində baş verib.
Şəhər sakini, 1955-ci il təvəllüdlü Baxşeyiş Bayram oğlu Əmirov ehtiyatsızlıqdan yaşadığı evin pilləkənindən yıxılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.