
Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO zirvəsi ilə əlaqədar iyulun 6-12-də təhlükəsizlik tədbirləri gücləndiriləcək. Bu səbəbdən şəhərdə nəqliyyatın hərəkətində sıxlıq və məhdudiyyətlər yarana, bəzi uçuşların cədvəlində dəyişiklik edilə bilər.
AVESTA.AZ xəbər verir ki, xüsusilə iyulun 7-8-də həyata keçiriləcək əməliyyat tənzimləmələri səbəbindən bəzi reyslərdə dəyişikliklər gözlənilir.
Esenboğa Hava Limanının operatoru olan TAV sərnişinlərə hava limanına əvvəlcədən yola düşməyi və uçuşları ilə bağlı son məlumatları aviaşirkətlər vasitəsilə yoxlamağı tövsiyə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.