
Venesuelada iyunun 24-də baş verən 7,2 və 7,5 bal gücündə zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 2 595 nəfərə yüksəlib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin müvəqqəti prezidenti Delsi Rodriges məlumat verib.
Onun sözlərinə görə, yaralıların sayı 12 mini ötüb. Axtarış-xilasetmə əməliyyatları isə davam edir.
Qeyri-rəsmi məlumatlara əsasən, təxminən 38 min 500 nəfər itkin düşmüş hesab olunur. Həmçinin 58 min 870-ə yaxın binanın dağıldığı və ya ciddi ziyan gördüyü bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.