
"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Uelsin TNS klubu Bakıya azarkeşsiz gələcək.
AVESTA.AZ xəbər verir ki, bunu report-a açıqlamasında paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.
"TNS Bakıya iyulun 5-də, axşam saatlarında gələcək. Uelsdən azarkeşlərin gəlməsi gözlənilmir", - klub rəsmisi vurğulayıb.
Xatırladaq ki, qarşılaşma iyulun 7-də "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.