
Bakı şəhərinin Pirşağı qəsəbəsində dənizkənarı yolda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna dair görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, minik avtomobili yol kənarında kanalizasiya kollektoruna düşüb.
İlkin məlumata görə, hadisə gecə saatlarında baş verib. Sürücü və sərnişinlərin yüngül xəsarət aldığı qeyd olunub.
Daha ətraflı videoda:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.