
Paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki ictimai çimərlikdə vətəndaşlardan ödəniş tələb edilir.
Bu barədə AVESTA.AZ-in "qaynar xətti"nə şikayət daxil olub.
Vətəndaş bildirir ki, Bilgəh çimərliyinin vətəndaşlar üçün ödənişsiz olan hissəsinə pulla daxil olma sistemi yaradıblar.
Bura avtomobili ilə istirahətə gələn hər kəsdən 10 AZN tələb olunur.
Şikayətçi illərdir bu çimərliyin ödənişsiz olduğunu, lakin son zamanlar ödəniş tələb edildiyini bildirib.
Sözügedən görüntüləri təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.