
ABŞ Prezidenti Donald Tramp NATO dövlət və hökumət başçılarının zirvə toplantısında iştirak etmək məqsədilə Türkiyəyə gəlib.
AVESTA.AZ xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində ABŞ Prezidenti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulur.
Görüş zamanı tərəflərin regional təhlükəsizlik, NATO çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəyi gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.