
"Sabah" UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb.
AVESTA.AZ xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS komandasını qəbul edib.
Masazırdakı "Bank Respublika Arena"dakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
66-cı dəqiqədə Velko Simiç, 84-cü dəqiqədə Kahim Parris fərqlənib.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 14-də Uelsdə keçiriləcək.
***21:46
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - TNS (Uels) oyununda ikinci qol vurulub.
AVESTA.AZ xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
Kahim Parris 84-cü dəqiqədə fərqlənib.
***21:27
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - TNS (Uels) oyununda hesab açılıb.
AVESTA.AZ xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.
Velko Simiç 66-cı dəqiqədə fərqlənib.
***20:00
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah" - TNS qarşılaşması start götürüb.
AVESTA.AZ xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən görüşü polşalı hakim Patrik Qrıkiyeviç idarə edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.