
Türkiyədə ağır yol qəzası baş verib.
AVESTA.AZ xəbər verir ki, hadisə ölkənin şimal-qərbindəki Bolu vilayətində yaşanıb.
Sərnişin avtobusu yol kənarındakı lövhəyə çırpılıb. Nəticədə 5-i ağır yaralı olmaqla 15 nəfər xəsarət alıb.
Qəzaya səbəb avtobus sürücüsünün idarəetməni itirməsi olub.
Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.