
Paytaxtın Nərimanov rayonu və Sumqayıt şəhərində silsilə oğurluq hadisələri qeydə alınıb.
BAKU.WS xəbər verir ki, market və avtomobillərdən ümumi dəyəri 2000 manatdan artıq olan tütün məmulatları naməlum şəraitdə talanıb.
Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı Q.Kərimov müəyyən olunaraq saxlanılıb.
Saxlanılan şəxsdən həmçinin narkotik vasitə olan heroin də aşkarlanıb.
Araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.