
"İlk oyunumuzdur, heyətdə dəyişikliklər var".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Vestri" ilə keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, matçda problemlərlə qarşılaşmamaq üçün əllərindən gələni edəcəklər:
"Çatışmazlıqlarımız var. Oyun üslubunu hələ tam istədiyimiz kimi formalaşdırmamışıq. Ümumilikdə isə yaxşı komanda formalaşdıracağıq. Rəqibin uzaq ölkədən gəlməsi bizim üçün problem deyil. Hər zaman Allahdan xeyirlisini istəmişəm".
Xatırladaq ki, "Qarabağ" - "Vestri" matçı iyulun 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.