
Səhnə adı "Bonni Tayler" olan britaniyalı müğənni Qeynor Hopkins vəfat edib.
BAKU.WS xəbər verir ki, ötən ay süni komadan ayılan sənətçi əməliyyatdan sonra 75 yaşında vəfat edib.
Bu barədə "The Sun" nəşri məlumat yayıb.
Qeyd edilib ki, sənətçinin vəziyyəti əməliyyatdan sonra pisləşib.
Xatırladaq ki, Bonni Tayler mayın əvvəlində keçirdiyi təcili əməliyyatdan sonra bağırsaqlarında yaranan ciddi problemlərə görə süni komaya salınmışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.