
Xızı rayonunun Qars kəndinin sakinləri illərdir davam edən yol problemindən şikayətçidirlər.
Onların sözlərinə görə, rayon mərkəzindən cəmi 6 kilometr uzaqlıqda yerləşən kəndə çatmaq böyük çətinliyə çevrilib.
Sakinlər Baku TV-yə bildirirlər ki, xüsusilə yağışlı havalarda yol tamamilə keçilməz vəziyyətə düşür. Kəndə nə təcili yardım maşını, nə də adi minik avtomobilləri rahat daxil ola bilirlər.
"Xəstəmiz olanda nə edək? Heç vertolyot da gəlsə, bura enə bilməz. Gözləyirik ki, ölsün, aparıb basdıraq. 73 yaşım var, hələ burada gün görməmişəm", - deyə kənd sakini bildirib.
Digər sakin isə qeyd edib ki, kənddə üç qəbiristanlıq olsa da, yolsuzluq səbəbindən dünyasını dəyişən insanları dəfn etməyə aparmaq belə çətinləşib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.