
"Qarabağ" UEFA Avropa Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.
BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsində Bakıda İslandiyanın "Vestri" komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.
30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir, 86-cı dəqiqədə Renaldo Sefas fərqlənib.
Cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.
***21:42
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda üçüncü qol vurulub.
BAKU.WS xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 3:0.
86-cı dəqiqədə Renaldo Sefas fərqlənib.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.
***20:47
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda ikinci qol vurulub.
BAKU.WS xəbər verir ki, ağdamlılar hesabda fərqi artırıblar.
İkinci topu 45+2-ci dəqiqədə Abdulla Zubir rəqib qapısından keçirib.
***20:29
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda hesab açılıb.
BAKU.WS xəbər verir ki, Azərbaycan təmsilçisi matçda ilk qolu vurub.
30-cu dəqiqədə Zakaria Savo fərqlənib.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.
***20:00
UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ" - "Vestri" (İslandiya) qarşılaşması start götürüb.
BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionuda keçirilən görüşü moldovalı hakim Roman Jitari idarə edir.
***19:10
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda üz-üzə gələcək "Qarabağ" və İslandiyanın "Vestri" komandalarının start heyətləri açıqlanıb.
BAKU.WS xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 4. Varkonyi, 5. Bruno Lanqa, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Zakariya Savo, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov.
"Vestri": 1. Marvin Steynarsson, 3. Edson, 6. İbrahima Balde, 10. Tordur Qunnar Haftorsson, 12. Tibanq Pxete, 15. Arnar Svavarsson, 17. Qunnar Yonas Hauksson, 22. Elmar Qardarsson, 23. Breki Hermannsson, 29. Konstantin Çeşmeciyev
Baş məşqçi: Daniel Osafo-Badu.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.