
Serbiya hökuməti bazar ertəsindən etibarən yanacağa tətbiq olunan aksiz vergisini 10 faiz azaldır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Serbiyanın Maliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hökumət bu addımı dünya bazarında neft qiymətlərinin yenidən artmasının təsirlərini yumşaltmaq və ölkədə inflyasiyanı nəzarət altında saxlamaq məqsədilə atır.
Xatırladaq ki, Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi fonunda neftin qiyməti yüksəlməyə başlayıb.
Belə ki, iyulun 8-nə keçən gecə ABŞ və İran arasında hava hücumları bərpa olunub. ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Bu isə Hörmüz boğazında gəmilərin hərəkətini çətinləşdirib və qiymətlərə təsir göstərib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.