
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 2010-cu il təvəllüdlü Ə.S. bud nahiyyəsindən bıçaq yarası alıb.
Onun həmyaşıdı A.A. hadisəni törətməkdə şübhəli bilinir. Yaralı Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.