
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strukturuna daxil olan 38 müəssisə və təşkilatda enerji idarəçilərinin müəyyən edilməsi məqsədi ilə keçirilən attestasiya başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, ümumilikdə 105 nəfər namizədin cəlb olunduğu attestasiyada 54 nəfər enerji idarəçisi vəzifəsinə uyğun hesab edilib, 3 nəfər isə ehtiyat siyahısına daxil edilib: "Layihənin uğurla başa çatdırılması enerji idarəetmə sisteminin gücləndirilməsi, peşəkar insan kapitalının formalaşdırılması, enerji resurslarından səmərəli istifadə, enerji effektivliyinin artırılması, karbon emissiyalarının azaldılması və dayanıqlı inkişaf hədəflərinin həyata keçirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.