
ABŞ-nin erməniəsilli teleaparıcısı Ana Kasparyan TYT telekanalının xəbərlər buraxılışında böyük coğrafi səhvə yol verib. O, ABŞ yığmasının dünya çempionatının 1/16 finalında eyni vaxtda iki fərqli ölkəyə - Bosniyaya və Herseqovinaya qarşı oynadığını iddia edib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Matç TV-nin saytı məlumat verib.
İyulun 1-də San-Fransiskoda keçirilən ABŞ - Bosniya və Herseqovina matçı amerikalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın ikinci hissəsində ABŞ-nin hücumçusu Folarin Baloqun qırmızı vərəqə alaraq meydandan qovulub.
Canlı yayımda bu hadisəni şərh edən jurnalist deyib: "Baloqun ABŞ ilə Bosniya və Herseqovina arasındakı oyun zamanı qırmızı vərəqə alıb. Bunlar iki balaca ölkədir. ABŞ eyni vaxtda iki kiçik dövlətə qarşı mübarizə aparırdı".
Qeyd edək ki, Bosniya və Herseqovina Balkan yarımadasında yerləşən vahid bir dövlətin rəsmi adıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.