Dünən, 10:48 122

Gürcüstanda dəhşətli hadisə: 15 yaşlı Əli Azərbaycan dilində danışdığı üçün bıçaqlandı

İyulun 9-da Gürcüstanda yaşayan 15 yaşlı azərbaycanlı Əli Mehdiyev Azərbaycan dilində danışdığı üçün bıçaqlanıb.

Hadisə Tbilisinin Vaşlicvari qəsəbəsində, saat 19 radələrində baş verib. İddiaya görə, bir nəfər Əlinin Azərbaycan dilində danışmasına etiraz edib, onu təhqir edib və daha sonra bıçaqla hücum edib.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Əli Mehdiyevin anası Sevinc Quliyeva hadisədən sonra yayılan ilkin məlumatların zərərçəkənin yanında olan şəxslərin dediklərinə əsaslandığını bildirib.

Oğlunun narkozdan ayıldıqdan sonra danışdıqları isə hadisənin əsl gedişatını ortaya qoyub:

"Oğlum gözünü açan kimi mənə dedi ki, hadisə elə olmayıb. Onun sözlərinə görə, məhəllədə dostu ilə söhbət edirmiş. Dostu ilə həm gürcü, həm də Azərbaycan dilində danışırmışlar. Lakin məhəllədə yaşayan 55 yaşlı Giorgi Tsabudaşvili Azərbaycan dilində danışdığı üçün oğlumu söyməyə başlayıb.

Onu şəxsən tanımırıq. Oğlum deyib ki, mən ona cavab qaytaranda əvvəlcə məni vurdu. Mən də ona cavab olaraq vurdum. Bundan sonra o, gedib bıçaq gətirdi və üstümə hücum çəkdi".

S.Quliyevanın sözlərinə görə, hadisə bununla bitməyib. Oğlu canını qurtarmaq üçün qaçmağa çalışsa da, hücum edən şəxs onu təqib edib:

"Əlindən qaçanda da dalınca düşüb. Qaça-qaça oğlumu arxadan da bıçaqlayıb. Bel nahiyəsindən, arxa hissəsindən və qarnından zərbələr endirib. Oğlumun bədənində ümumilikdə beş bıçaq yarası var. Ən ağır zərbələr qarın nahiyəsinə dəyib".

Zərərçəkmişin anası qeyd edib ki, məhəllədə azərbaycanlılar, gürcülər və ermənilər yaşayırlar. Özləri isə rəsmi olaraq Gürcüstan vətəndaşıdırlar.

Ana iddia edib ki, hadisəni törədən şəxs azərbaycanlılara qarşı aqressiv münasibəti ilə əvvəllər də tanınıb.

"Sonradan mənə dedilər ki, həmin adam bizim milləti xoşlamır. Bundan əvvəl də məhəllədə başqa uşaqlarla dava edib. Hətta bir uşağı boğmağa cəhd etdiyini də eşitmişik. Oğlum dedi ki, onlara yaxınlaşıb yalnız gürcü dilində danışmalarını istəyib. Halbuki oğlum Gürcüstanda böyüyüb, gürcü dilini çox yaxşı bilir. Sadəcə, dostları ilə söhbət edəndə gürcü və Azərbaycan dillərini qarışıq danışırlar".

S.Quliyeva bildirib ki, hadisə baş verəndə işdə olub, ona telefonla məlumat veriblər:

"Mənə dedilər ki, oğlum onun əlindən qaçandan sonra həmin adam gedib mişar götürüb. Bunu görən qonşulardan biri əlindən almağa çalışıb. Həmin vaxt mişar qonşunun da əlini kəsib".

Hazırda 15 yaşlı Əli Mehdiyevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir:

"Uşaq gözünü açıb, danışır, telefonu da əlinə alır. Amma yaraları çox olduğu üçün hələ reanimasiyadan palataya köçürmürlər. Dalağı zədələndiyi üçün götürülüb. Ürəyinin alt hissəsindən də xəsarət alıb. Ağrıları çox olduğundan morfi və digər ağrıkəsicilər vururlar. Həkimlər vəziyyətinin stabil olduğunu, sağalacağına ümid etdiklərini deyirlər.

Bizə dedilər ki, hüquq-mühafizə orqanları oğlumun sağlamlığına qəsdən ağır xəsarət yetirməkdə təqsirləndirilən şəxsi saxlayıb, araşdırma aparılır. Amma öyrənmişik ki, həmin şəxsin "dəlilik kağızı" var, bilmirəm, indi proses necə olacaq".

Paylaş

Xəbər lenti

Ağdaşda "Mercedes" yanıb kül oldu Bu gün, 13:48 Venesuelanı bu amerikalı nazir idarə edir? Bu gün, 13:48 Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib Bu gün, 13:48 Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan veriblər Bu gün, 13:48 "Kızılcık Şerbeti"nin aktyoru yeni serialda Bu gün, 12:48 Gürcüstandan ixrac edilən diri qoyunların ən böyük alıcısı Azərbaycan olub Bu gün, 12:48 Sabah Bakıda 35, rayonlarda 39 dərəcə isti olacaq Bu gün, 12:48 Sabah çimərliklərdə 26 dərəcə isti gözlənilir Bu gün, 12:48 Hollouey Makqreqoru ilk raundda texniki nokautla məğlub edib Bu gün, 11:48 Biləcəridə marketdə bıçaqlanma olub Bu gün, 11:48 Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA Bu gün, 11:48 ABŞ senatoru Lindsi Qrem vəfat edib Bu gün, 11:48 SEPAH: Hörmüz boğazında ikinci gəmi və Qətərdəki baza raketlə vurulub Bu gün, 11:48 Suraxanıda qonşular arasında internet kabelinə görə dava düşdü, ölən var Bu gün, 10:48 Bakıda küləyinin maksimal sürəti 17 m/s-yə çatır - FAKTİKİ HAVA Bu gün, 10:48 Radik İsmayılov: "Televiziya klassik xəbərin altı sualından dördünü sosial mediaya uduzur" Bu gün, 10:48 Hacıqabulda sərnişin avtobusu aşıb, 21 nəfər xəsarət alıb Bu gün, 10:48 Mir Şahin Ağayev: "Televiziyanı hansısa günəbaxan tumu satan teleköşkə çevirmək olmaz" Bu gün, 10:48 DÇ-2026: İngiltərə Norveçə qalib gələrək yarımfinala yüksəlib Bu gün, 09:49 DÇ-2026: Argentina yarımfinala yüksələn sonuncu komanda olub Bu gün, 09:49 Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər Bu gün, 09:49 Dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyənlər bu gün imtahan verəcəklər Bu gün, 09:48 Dilarə Kazımovadan ETİRAF: "Məhv olmaqdan qorxuram" Bu gün, 09:48 ABŞ İrana qarşı üçüncü zərbələr dalğasını başa çatdırıb Bu gün, 09:48 Murov Qartalı", şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür Bu gün, 09:48 Salyanda sağlamlıq mərkəzinin rəhbərinin meyiti tapıldı, şübhəli şəxs saxlanıldı Bu gün, 00:49 Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 333 nəfərə çatıb Bu gün, 00:48 AFP: Livan İsraillə Romada keçiriləcək danışıqlarda iştirak edəcək Bu gün, 00:48 Tovuz döyüşlərindən 6 il ötür Bu gün, 00:48 Moskvada iki nəfəri ildırım vurdu Dünən, 23:48 Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazandı Dünən, 23:48 Mir Şahin Ağayev və Radik İsmayılov "Media Masası"nda Dünən, 23:48 İsrail Livanda "Hizbullah"a silah daşıyan radikallara zərbə endirib Dünən, 23:48 İraq, ABŞ və Suriya Hörmüzdən yan keçməklə Kərkükdən neft kəmərini yenidən işə salmağı planlaşdırırlar Dünən, 23:48 DÇ-2026: Norveç - İngiltərə matçı təxirə salına bilər Dünən, 23:48 Nigeriyada iki ay əvvəl oğurlanan şagird və müəllimlər azad edildilər Dünən, 22:48 İordani çayının Qərb sahilində CNN əməkdaşlarına hücuma görə dörd köçkün saxlanılıb Dünən, 22:48 Prezident: Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb Dünən, 22:48 Çində "Bavi" qasırğası səbəbindən 2,8 mindən çox aviareys ləğv ediləcək Dünən, 22:48 Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub Dünən, 21:48 "Bavi" tayfunu Çinin şərq sahillərinə çatıb Dünən, 21:48 Parisdə daha bir turistik məkan kəskin istilərə görə iş rejimini dəyişdi Dünən, 21:48 Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi Dünən, 21:48 Rubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır Dünən, 21:48 Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib Dünən, 20:48 Kürdəmirdəki Bakı-Batumi neft kəmərinin ötürücü nasos stansiyası mədəniyyət abidələri siyahısına daxil edilə bilər Dünən, 20:48 Azərbaycan Prezidenti: Artıq köçkün həyatı keçmişdə qaldı Dünən, 20:48 İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR