
Rusiya Silahlı Qüvvələri Zaporojye şəhəri və şəhərətrafını raket zərbələrinə məruz qoyub.
“Report” xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının başçısı Oleksandr Starux yazıb.
“Mülki, yaşayış və sənaye infrastrukturu obyektlərində dağıntılar var. Yüngül yaralılar haqqında məlumat daxil olub. Hadisə yerində müvafiq xidmətlər fəaliyyət göstərir”, - vilayət rəhbəri qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.