
Moskvanın cənubunda iki nəfər ildırım vurması nəticəsində xəsarət alıb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya"ya mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, həmin şəxslər stadionda futbol oyununu izləyirmişlər.
"Güclü yağış başladı, onlar ağacın altına keçdilər və həmin anda ağaca ildırım düşdü", - deyə mənbə bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.