
Venesuelada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 4 333 nəfərə yüksəlib, təxminən 17 min nəfər evsiz qalıb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Milli Assambleyanın sədri Xorxe Rodriqes məlumat verib.
Onun sözlərinə görə, həlak olan 315 şəxsin kimliyi hələ müəyyənləşdirilməyib.
Qeyd olunub ki, zərərçəkənlərin sayı dəyişməyib və 16 740 nəfər təşkil edir, həmçinin bununla yanaşı 6 462 nəfər xilas edilib.
X.Rodriqes əlavə edib ki, gələn həftədən etibarən zərərçəkənlərə mənzillərin paylanmasına başlanılacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.