
Futbol üzrə dünya çempionatında Argentina İsveçrəyə qalib gəlib.
AVESTA.AZ xəbər verir ki, Kanzas stadionunda keçirilən 1/4 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.
Maçtın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib.
Argentinalıların heyətində Aleksis Makallister (10), Xulian Alvares (112) və Lautaro Martines (120+1) fərqləniblər. İsveçrənin tək qolu isə Dan Ndoyedən (67) gəlib.
Qeyd edək ki, Argentina seçməsi yarımfinalda İngiltərə ilə qarşılaşacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.