
Oman hökuməti ölkə ərazisinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlarla bağlı İranın Məsqətdəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq etiraz notası təqdim edib.
AVESTA.AZ xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xarici işlər nazirinin müavini Xalid bin Həşəl əl-Müsəlhi İranın səfiri Musa Fərhangla görüşdə Musandam və Əl-Vusta vilayətlərində yerləşən obyektlərə dron hücumları ilə əlaqədar Məsqətin ciddi narahatlığını çatdırıb.
Nazir müavini dövlətlərin suverenliyinə hörmət edilməsinin, mehriban qonşuluq münasibətlərinin qorunmasının, daxili işlərə qarışmamaq prinsipinə riayət olunmasının və iki ölkə arasında mövcud tarixi-mənəvi əlaqələrin nəzərə alınmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, iyulun 12-də Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman ərazisində raket və pilotsuz uçuş aparatlarının iştirakı ilə hava hücumları qeydə alınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.