
Paytaxtda daha üç ünvanda yol təmiri işləri yekunlaşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, təmir işləri ötən şənbə və bazar günləri Dairəvi küçəsində (Bakı Dairəvi yolu), Sənan Abdullayev küçəsində ("Baksol" yolu) və Nazim Hikmət küçəsində həyata keçirilib.
Qeyd olunub ki, təmirin başa çatdırılması ilə sözügedən yol sahələrində nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkəti təmin edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.