Bu gün, 21:48 57

Dayı bacısı qızının evindən qızıl oğurladı

Qonaq getdiyi bacısı qızının evindən qızıl-zinət əşyaları oğurlayan şəxs azadlıqdan məhrum edilib.

AVESTA.AZ "Qaynarinfo"ya istinadla xəbər verir ki, Abşeron Rayon Məhkəməsində baxılan cinayət işinin materiallarından məlum olub ki, təqsirləndirilən İ.R. 2025-ci ildə ailəsi ilə birlikdə bacısı qızının Xırdalan şəhərində yerləşən mənzilinə qonaq gedib. Evdə nasosu təmir etdikdən sonra otaqları gəzən şəxs yeni quraşdırılmış dolaba baxmaq bəhanəsi ilə yataq otağına daxil olub. Dolabın üst rəfindəki qızıl qutusunu açaraq içərisində olan, ümumi dəyəri 2 027 manat təşkil edən qızıl-zinət əşyalarını gizli yolla götürüb. İş materiallarına görə, oğurlanan əşyalar arasında kişi nişan üzüyü, iki qadın üzüyü, qadın qolbağı və kişi qolbağı olub.

Məhkəmədə verdiyi ifadəsində İ.R. borcları olduğuna görə oğurluq etdiyini etiraf edib.

O bildirib ki, qızıl-zinət əşyalarının bir hissəsini Xırdalandakı lombarda girov qoyaraq pul alıb, digər hissəsini isə sataraq əldə etdiyi vəsaiti borclarının ödənilməsinə sərf edib.

Təqsirləndirilən şəxs məhkəmədə zərərçəkmişə dəymiş ziyanı tam ödədiyini və tərəflər arasında barışıq əldə olunduğunu bildirib. O, həmçinin həyat yoldaşının onkoloji xəstəlikdən əziyyət çəkdiyini, övladının isə daimi müalicəyə ehtiyacı olduğunu deyərək məhkəmədən yüngül cəza təyin olunmasını xahiş edib.

Məhkəmənin hökmü ilə İ.R. Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Məhkəməyədək həbsdə saxlanıldığı iki gün cəza müddətindən çıxılıb və onun üzərində qəti olaraq 1 il 5 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Paylaş

Xəbər lenti

İlham Əliyevin sosial şəbəkə hesablarında Peter Pelleqrininin Azərbaycana səfərinə dair paylaşım edilib Bu gün, 21:48 Trampdan sürpriz geri addım: ABŞ prezidenti Yaxın Şərq ölkələri ilə razılığa gəldi Bu gün, 21:48 Məzuniyyətə çıxmayanların nəzərinə - Həkim xəbərdarlıq etdi Bu gün, 21:48 UEFA Çempionlar Liqası: TNS - "Sabah"ı qəbul edir Bu gün, 21:48 Bakıda gənc yazıçı xanımı maşın vurdu Bu gün, 21:48 Dayı bacısı qızının evindən qızıl oğurladı Bu gün, 21:48 Gəncədə yas mərasimində daha bir KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Bu gün, 20:48 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın üç küçəsində təmir işləri yekunlaşdı Bu gün, 20:48 "Anamı və arvadımı cin-şeytan kimi görürdüm" - Goranboydakı dəhşətli cinayətin TƏFƏRRÜATI Bu gün, 20:48 Yamalın Dünya Çempionatındakı ən böyük problemi üzə çıxdı Bu gün, 20:48 Bakıda daha bir marşrut xəttinin avtobusları və hərəkət sxemi yenilənir Bu gün, 20:48 Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib Bu gün, 20:48 22 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu Bu gün, 20:48 Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılır Bu gün, 20:48 "Ziraat Bank Azərbaycan"ın problemli kreditləri 83 % artıb Bu gün, 19:48 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib Bu gün, 19:48 Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA Bu gün, 19:48 Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir Bu gün, 19:48 Azərbaycan və Slovakiya daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Bu gün, 18:48 Beynəlxalq axtarışda olan Türkmənistan vətəndaşı ekstradisiya edilib Bu gün, 18:48 Bakıda sərnişin avtobusları toqquşdu Bu gün, 18:48 Azərbaycan Belarusdan kartof tədarükünü kəskin artırıb Bu gün, 18:48 Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir Bu gün, 18:48 Bu rayonda yeni uşaq oyun meydançaları yaradılacaq Bu gün, 18:48 Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI Bu gün, 17:48 Əli Əsədov "Damen Shipyards Group" şirkətinin baş icraçı direktoru ilə görüşüb Bu gün, 17:48 Haluk Leventin qumarxanadan görüntüləri sızdı Bu gün, 17:48 Yaxın Şərqdə münaqişə yenidən böyüdü - İranda ard-arda partlayışlar oldu Bu gün, 17:48 Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər Bu gün, 17:48 Slovakiyalı nazir: "Azərbaycandan ildə 1,2 milyard kubmetr qaz almaq istəyirik" Bu gün, 17:48 Media Kuboku 2026-nın püşkü atıldı Bu gün, 16:49 Rusiyadan Azərbaycana gələn sahibkar həmkəndlisini amansızlıqla döydü - TƏFƏRRÜAT Bu gün, 16:48 Xalq artistini səhnədə oğlu Çarlz müşayiət etdi Bu gün, 16:48 Kiyev son bir həftədə Rusiyaya gündə 850 dəfəyə qədər zərbə endirib Bu gün, 16:48 "NEWS.ru": Süni intellekt IV Şuşa Qlobal Media Forumunun əsas mövzularından biri olub Bu gün, 16:48 Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb Bu gün, 16:48 Göyçayda həyətində çətənə kolu yetişdirən şəxs tutulub Bu gün, 16:48 Premyer Liqa klubu afrikalı futbolçunun transferindən imtina edib Bu gün, 16:48 FHN: Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışlarına helikopter cəlb olunub Bu gün, 15:49 Travmatologiya İnstitutunda NÖVBƏ İZDİHAMI Bu gün, 15:48 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü Bu gün, 15:48 Keçmiş futbolçu restoranda həyat yoldaşına sillə vurdu, saxlanıldı Bu gün, 15:48 Ağdərədə avtomobil aşıb, ər-arvad ölüb Bu gün, 15:48 Şuşada tarixi çıxış: Azərbaycan yeni xarici siyasət mərhələsinə keçir? Bu gün, 15:48 AQTA Bakıda qaydaları pozan su emalı müəssisəsinin fəaliyyətini məhdudlaşdırıb Bu gün, 15:48 Tramp İrana dəyən ziyanı açıqladı Bu gün, 14:48 Peter Pelleqrinidən Azərbaycana səfəri ilə bağlı maraqlı PAYLAŞIM Bu gün, 14:48 Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR