
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 24,6 milyon ABŞ dolları dəyərində 67 min 202 ton kartof (toxumluq kartofdan başqa) idxal edib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 % , kəmiyyət olaraq – 19 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 8,85 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 dəfə çoxdur) 24 min 548 ton (+14 dəfə), Türkiyədən 8,6 milyon ABŞ dolları dəyərində (-46 %) 23 min 696 ton (-51 %), Gürcüstandan 3 milyon ABŞ dolları dəyərində (-55 %) 8 min 227 ton (-56 %), Rusiyadan 1,5 milyon ABŞ dolları dəyərində (+33 dəfə) 3 min 987 ton (+22 dəfə), Belarusdan 1,2 milyon ABŞ dolları dəyərində (+197 dəfə) 3 min 184 ton (+159 dəfə) məhsul alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 131,34 min ton kartofun 46 %-i Türkiyənin, 17 %-i Gürcüstanın payına düşüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.