
2026-cı il dünya çempionatında yarımfinal mərhələsinin oyunlarına start verilib.
AVESTA.AZ xəbər verir ki, futbol üzrə dünya çempionatında İspaniya Fransanı məğlub eədrək finala yüksələn ilk komanda olub.
Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Matçda hesab 22-ci dəqiqədə açılıb. Mikel Oyarzabal penaltidən dəqiq zərbəylə İspaniyanı önə keçirib: 1:0.
İlk hissədə başqa qol vurulmayıb.
İkinci hissədə Fransa qapısında daha bir qol görüb. 58-ci dəqiqədə Pedro Porro hesabı 2:0 edib.
Oyun bu hesabla başa çatıb və İspaniya adını finala yazdırıb.
İspaniya finalda İngiltərə - Argentina cütünün qalibi ilə qarşılaşacaq. Fransa isə cütün məğlubu ilə 3-cü yer uğrunda görüşə çıxacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.