15-07-2026, 09:48 174

Bu gün Azərbaycanın ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan "Azpetrol" şirkəti fəaliyyətinin 29-cu ildönümünü qeyd edir.

Ötən illər ərzində şirkət dinamik inkişaf yolu keçərək ölkənin enerji sektorunda aparıcı mövqelərdən birini tutmuş, yanacaqdoldurma məntəqələrinin sayını 109-a çatdırmışdır.

Son illərdə "Azpetrol"un strateji prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərdə fəaliyyətin bərpası və genişləndirilməsi olmuşdur.

Şirkət Zəngilan, Füzuli, Cəbrayıl, Şuşa, Laçın, Xankəndi, Hadrut, Əsgəran və Suqovuşan kimi bölgələrdə modul tipli yanacaqdoldurma məntəqələri quraraq "Böyük Qayıdış" prosesinə öz töhfəsini vermişdir. Bu layihələr regionların iqtisadi canlanmasına, infrastrukturun inkişafına və məşğulluğun artırılmasına xidmət edir.

29 il ərzində "Azpetrol" sadə yanacaqdoldurma şəbəkəsindən ölkə üzrə geniş infrastruktura malik, çoxşaxəli xidmətlər təqdim edən və regional inkişaf proseslərinə inteqrasiya olunmuş iri şirkətlərdən birinə çevrilmişdir. Şirkətin əsas məqsədi bundan sonra da texnoloji yeniliklərin tətbiqi, xidmət keyfiyyətinin daha da yüksəldilməsi və ölkənin enerji infrastrukturunun inkişafına töhfə verməkdir.

Qeyd etmək lazımdır ki, "Azpetrol" şirkətinin yaranması, inkişafı və uğurlu fəaliyyəti Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda sahibkarlığın və bazar iqtisadiyyatının formalaşdırılması istiqamətində həyata keçirilən islahatların nəticəsində mümkün olmuşdur. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ölkənin neft strategiyasının əsasını qoyaraq özəl sektorun inkişafına mühüm təkan vermişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən yeni neft strategiyasının prioritetləri bu gün də "Azpetrol"un fəaliyyət istiqamətlərinin əsas yol xəritəsini təşkil edir. Şirkətin ilk yanacaqdoldurma məntəqəsi – "Spartak" YDM 15 iyul 1997-ci il tarixində Bakı şəhərinin Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında fəaliyyətə başlamışdır.

"Azpetrol" yalnız yanacaq satışı ilə kifayətlənməyərək xidmət spektrini davamlı şəkildə genişləndirmişdir. Şirkətin fəaliyyət istiqamətlərinə maye qaz (LPG) və sıxılmış təbii qaz (CNG) infrastrukturu, elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri, motel və hotel xidmətləri daxildir.

Bu yanaşma "Azpetrol"u klassik yanacaqdoldurma məntəqəsi operatorundan daha çox, kompleks xidmət platformasına çevirmişdir. Yüksək keyfiyyət, dürüstlük, şəffaflıq və müştəri məmnuniyyəti şirkətin fəaliyyətinin əsas prinsipləri olaraq qalır.

"Azpetrol" şirkətinə məxsus olan "Wyndham Garden Baku" hoteli 25 oktyabr 2022-ci il tarixində fəaliyyətə başlamışdır. Hotelin rəsmi açılış mərasimi isə 27 yanvar 2023-cü il tarixində keçirilmişdir.

Beynəlxalq standartlara uyğun xidmət göstərən hotel müasir infrastrukturu, yüksək xidmət keyfiyyəti və geniş imkanları ilə seçilir. Fəaliyyətə başladığı gündən etibarən "Wyndham Garden Baku" həm yerli, həm də xarici qonaqlar üçün etibarlı və komfortlu yerləşmə məkanı kimi öz mövqeyini möhkəmləndirmişdir.

Hazırda şirkətin Azərbaycanın əksər iqtisadi rayonlarını əhatə edən, ən müasir avadanlıqlarla təchiz olunmuş 109 yanacaqdoldurma məntəqəsi, 1 maye qaz (LPG) məntəqəsi və müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı fəaliyyət göstərir.

Yanacaq məhsullarının saxlanılması məqsədilə şirkətin 3 neft bazası və 1 avtobazası mövcuddur. Şirkətin avtomobil parkına ümumilikdə 167 yük avtomobili daxildir.

Bunlardan 162-si yanacaqdaşıyan yük avtomobili, 1-i şambo, 1-i yük avtomobili, 1-i buksir və 2-si maye daşıyan avtomobildir. Bundan əlavə, 8 sıxılmış təbii qaz postu, 4 maye qaz postu və 75 elektrik avtomobili doldurma postu fəaliyyət göstərir.

Şirkətin xidmət şəbəkəsinə 1 hotel, 8 motel və əksər yanacaqdoldurma məntəqələrində fəaliyyət göstərən müxtəlif iaşə və xidmət obyektləri daxildir.

Hazırda "Azpetrol"da 4000-dən çox əməkdaş çalışır. "Azpetrol" fəaliyyət göstərdiyi bütün sahələrdə innovasiyaların tətbiqinə, xidmət keyfiyyətinin yüksəldilməsinə və müştəri məmnuniyyətinin təmin edilməsinə xüsusi önəm verir.

Paylaş

Xəbər lenti

İlham Əliyev: "Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam" Bu gün, 18:48 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad edib? - Rəsmi açıqlama Bu gün, 18:48 Leyla Əliyeva Vyetnam səfərindən paylaşım edib Bu gün, 18:48 Emin Mahmudovun fotosu Nyu-Yorkun mərkəzindəki məşhur ekranda yayımlanıb Bu gün, 18:48 Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb Bu gün, 18:48 Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif Bu gün, 18:48 Azərbaycan ilk dəfə oğlanlar arasında basketbol üzrə U-20 Avropa çempionatına ev sahibliyi edəcək Bu gün, 18:48 Bakıda yolu keçmək istəyən 62 yaşlı qadını maşın vurdu Bu gün, 18:48 Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? Bu gün, 17:48 Səyyad Arandan nazirliklərə xəbərdarlıq: "Parlamentdə adlarını çəkəcəyəm" Bu gün, 17:48 Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır" Bu gün, 17:48 Bakıda istilik problemi: Magistral xətdə axıntı, binada ventil oğurluğu Bu gün, 17:48 Adil Kərimli hindistanlı həmkarı ilə mədəni əlaqələrin inkişaf perspektivini müzakirə edib Bu gün, 17:48 Pezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb Bu gün, 16:48 Bədavi Hüseynova görə millimizə texniki məğlubiyyət veriləcək? Bu gün, 16:48 Kirayənişin 2 il qaldığı evi BU HALA SALDI Bu gün, 16:48 İraqda qaz kəməri partladı: Dörd ölü, xeyli yaralı var Bu gün, 16:48 Azərbaycan Basketbol Liqası: Təxirə salınmış matçda "Sabah" qələbə qazanıb Bu gün, 16:48 Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq Bu gün, 16:48 Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib Bu gün, 16:48 Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı Bu gün, 16:48 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib Bu gün, 15:48 To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur Bu gün, 15:48 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" Bu gün, 15:48 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır Bu gün, 15:48 Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq Bu gün, 15:48 Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq Bu gün, 15:48 Oğuzun iki kəndini birləşdirən yol təmir olunacaq Bu gün, 15:48 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat etdi Bu gün, 15:48 "Zəngəzur" UEFA Regionlar Kubokunda ilk matçını keçiribv Bu gün, 15:48 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü Bu gün, 15:48 Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar Bu gün, 15:48 Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb Bu gün, 15:48 Masallıda ustanı elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 14:48 Ağız boşluğundakı törəmələr hansı xəstəliklərin əlaməti ola bilər? - Cərrah açıqlayır Bu gün, 14:48 Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib Bu gün, 14:48 Aygün Kazımova 20 il sonra bunu qızı ilə yenidən edəcək Bu gün, 14:48 Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı Bu gün, 14:48 Fərid Qayıbov Qazaxda yeni yaradılan güləş zalında aparılan işlərlə tanış olub Bu gün, 14:48 Bu gün Tahir Abdullayevin döyüşü var Bu gün, 14:48 Vəkil Orxan Kəngərliyə qarşı əməliyyatın təfərrüatı və görüntüləri açıqlandı Bu gün, 13:48 Sabah 18° isti olacaq - Proqnoz Bu gün, 13:48 PAŞA Holding COP-da niyə iştirak edir? Bu gün, 13:48 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi Bu gün, 13:48 Sumqayıtda 9 yaşlı qız dəm qazından boğuldu Bu gün, 13:48 Şəmkirdə iki azyaşlı uşaq anasının abort zamanı ölməsinin təfərrüatı Bu gün, 13:48 İmaməddin Xəlilov: "Xəsarətim ciddi olmasaydı, yenidən qızıl medal qazanacaqdım" Bu gün, 13:48 Vyetnam Prezidenti: "Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR