
Beynəlxalq Boks Assosiasiyası (IBA) idmançılara yarışlara bığ və saqqalla qatılmağa icazə verib.
"AVESTA.AZ"un IBA-nın rəsmi saytına istinadən məlumatına görə, boksçular yarış zamanı saqqal və bığ saxlaya biləcəklər.
Amma saqqal 10 sm-dən çox olmamalı və boyunu örtməməlidir.
Qeyd edək ki, daha əvvəl idmançıların rinqə saqqalla çıxması qadağan edilmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.