
2026-cı il futbol üzrə dünya çempionatının Fransa – İspaniya yarımfinal oyunu bir azarkeşə yüz milyonlarla rubl qazandırıb.
BAKU.WS xəbər verir ki, bukmeker kontorunun müştərisi Fransa millisinin əsas vaxtda İspaniyanı məğlub edə bilməyəcəyinə 392 milyon rubl mərc edib.
Qarşılaşma İspaniyanın 2:0 hesablı qələbəsi ilə başa çatdığından mərc uğurlu olub və azarkeş ümumilikdə 626 milyon rubl uduş əldə edib.
Bu qələbə sayəsində İspaniya millisi dünya çempionatının finalına vəsiqə qazanıb. Komanda iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatında keçiriləcək həlledici görüşdə İngiltərə – Argentina cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, bundan əvvəl də Rusiyada bir mərc həvəskarı dünya çempionatının 1/4 final mərhələsində İspaniyanın Belçika üzərində qələbəsinə etdiyi mərc sayəsində təxminən 5 milyon rubl qazanmışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.