
Müğənni Nilüferin yeganə övladı Ayşe Nazlı Yumlu evlənib.
BAKU.WS xəbər verir ki, Ayşe uzun müddətdir eşq yaşadığı Batuhan Yağlıoğlu ilə ailə qurub.
Cütlüyün toyu iki ailə arasında sadə toy məclisi ilə baş tutub.
Qızının xoşbəxt gününə şahidlik edən Nilüfer, mərasimdən olan şəkilləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Sənətçi "Çox xoşbəxt olun övladlarım, çox xoşbəxt olun" mesajı ilə gənc cütlüyə səmimi arzularını çatdırıb.
Qeyd edək ki, Ayşe Nazlı, 22 iyul 2000-ci ildə doğulub. O 4 aylıq olarkən Nilüfer tərəfindən övladlığa götürüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.