
Müşfiq qəsəbəsində sakinlər içməli suyun küçəyə axıdılması ilə bağlı narazıdırlar.
Bu barədə AVESTA.AZ-in "qaynar xətti"nə şikayətçi Altay Niftəliyev məlumat verib.
Vətəndaşın iddiasına görə, artıq 8 aya yaxındır ərazidə içməli su boş yerə axaraq israf olunur. Şikayətçi bildirib ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, indiyədək heç bir tədbir görülməyib.
Sakin məsələ ilə bağlı aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını və su israfının qarşısının alınmasını xahiş edir.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlamışıq.
Şəhanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.