
Qusarda "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfrans keçirilir.
AVESTA.AZ xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təşkil olunub. Konfransda Dini Komitə və Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, mətbuat nümayəndələri, ilahiyyatçılar, həmçinin din xadimləri iştirak edirlər.
Tədbirdə media subyektlərinin dini sahə ilə bağlı məsələlərin işıqlandırılmasında məsuliyyəti, dini maarifləndirmə işinin təşkilində mətbuatın rolu, radikalizm, ekstremizm, dözümsüzlük kimi mənfi təzahürlərin yayılmasının qarşısının alınması üçün üzərlərinə düşən öhdəliklərin müzakirəsi aparılacaq, habelə bölgədə yerləşən dini ibadətgahlara mediatur təşkil ediləcək.
Xatırladaq ki, konfransın media dəstəyi Global Media Group və APA Media Groupdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.