
UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsində "Neftçi"nin rəqibi bəlli olub.
AVESTA.AZ xəbər verir ki, Bakı təmsilçisi növbəti turda Belarusun "Dinamo" (Minsk) komandası ilə qarşılaşacaq.
"Dinamo" I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubunu mübarizədən kənarlaşdırıb. İlk görüşdə 0:1 hesabı ilə məğlub olan Belarus təmsilçisi cavab matçında 1:0 hesablı qələbə qazanaraq oyunu əlavə vaxta daşıyıb. Qalib penaltilər seriyasında müəyyənləşib və "Dinamo" rəqibini 6:5 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə əldə edib.
Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab qarşılaşmaları isə iyulun 30-da keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.