
Azərbaycanın UEFA ölkə reytinqindəki əmsalı növbəti dəfə yüksəlib.
BAKU.WS xəbər verir ki, bu artım "Qarabağ" və "Zirə"nin avrokubokların I təsnifat mərhələsinin cavab qarşılaşmalarında əldə etdikləri qələbələr sayəsində reallaşıb.
"Qarabağ" UEFA Avropa Liqasında səfərdə İslandiyanın "Vestri" klubunu, "Zirə" isə UEFA Konfrans Liqasında Gürcüstan təmsilçisi "Torpedo"nu 3:0 hesabı ilə məğlub edib.
Bu nəticələrdən sonra Azərbaycanın 2026/2027 mövsümü üçün topladığı əmsal 1,500-ə yüksəlib. Ümumi reytinqdə ölkənin hesabında 20,062 əmsal var və Azərbaycan 26-cı pillədə qərarlaşıb. Hazırda 25-ci sırada 20,750 əmsalla İsrail, 27-ci yerdə isə 18,562 əmsalla Bolqarıstan yer alır.
Qeyd edək ki, UEFA ölkə reytinqinə 101,852 əmsalla İngiltərə başçılıq edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.