
Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatında İngiltərəyə qarşı keçiriləcək üçüncü yer uğrunda oyundan əvvəl futbolçulara istirahət günü ayırmaqdan imtina edib.
AVESTA.AZ xəbər verir ki, komanda üzvləri psixoloji cəhətdən toparlanmaq üçün bir günlük fasilə istəyiblər. Lakin təcrübəli mütəxəssis bu tələbi qəbul etməyib və turniri ardıcıl iki məğlubiyyətlə başa vurmamaq üçün nizam-intizamı daha da sərtləşdirib.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir. Fransa millisi üçüncü yer uğrunda matçda İngiltərə ilə üz-üzə gələcək.
Xatırladaq ki, son dünya çempionu Argentinadır. Cənubi Amerika təmsilçisi 2022-ci il mundialının finalında Fransa ilə əsas vaxtı 3:3 hesabı ilə başa çatan qarşılaşmada penaltilər seriyasında 4:2 hesablı qələbə qazanaraq kuboka sahib çıxmışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.