
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın tammiqyaslı hücumu başlayandan bu günə kimi 12-dən çox sui-qəsd cəhdindən sağ çıxıb.
Bu barədə “AVESTA.AZ” ə istinadən xəbər verir.
Qeyd edilir ki, bəzi cəhdlərin qarşısının alınmasına ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi kömək edib.
Nəşrin məlumatına görə, publisist Kris Uippl “Ömür boyu mübarizə: Co Baydenin Ağ Evinin içi” kitabında Uilyam Bernsin (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru-red) Ukraynaya genişmiqyaslı hücumdan əvvəlki dövrdə gizli səfərə getdiyini iddia edir.
Kitabda deyilir ki, ABŞ Prezidenti Cozef Bayden Bernsə Zelenskiyə “Rusiyanın sui-qəsdlərinin dəqiq təfərrüatlarını” söyləməyi tapşırıb.
"Bu, dərhal Zelenskinin diqqətini çəkdi, o, bu xəbərdən məəttəl qaldı və şoka düşdü", - “İndependent” Uiplin kitabından sitat gətirib.
Nəşr əlavə edir ki, Zelenski müharibə başlayandan bu günədək 12-dən çox sui-qəsd cəhdindən sağ çıxıb, lakin bu uğur hekayələrindən azı ikisi Bernsin Kiyevə səfəri zamanı açıqladığı ABŞ kəşfiyyatından qaynaqlanır.
"Bu kəşfiyyat o qədər təfərrüatlı idi ki, Zelenskinin təhlükəsizlik qüvvələrinə Rusiya tərəfindən onun həyatına iki ayrı sui-qəsd cəhdinin qarşısını almağa kömək etdi", - Uipl yazıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.