
Məşhur "Evdə tək 2" filmində yaddaqalan ikinci dərəcəli rolu ilə tanınan aktrisa Brenda Friker vəfat edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Deadline" portalı məlumat yayıb.
Aktrisa filmində Kevini təqib edən quldurlardan xilas edən "göyərçinli qadın" obrazını canlandırıb. Məlumata görə, irlandiyalı aktrisanın 81 yaşı olub. O, son rolunu 2013-cü ildə çəkilən "Evdən uzaqda" romantik filmində oynayıb.
1990-cı ildə Brenda Friker Deniel Dey-Lyuisin baş rolda çəkildiyi "Mənim sol ayağım" dramındakı roluna görə "Ən yaxşı ikinci plan qadın rolu" nominasiyasında "Oskar" mükafatına layiq görülüb. O, bu mükafatı qazanan ilk irlandiyalı aktrisa olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.